6 Mart 10:12 Yığmamız Fransa və İspaniya ilə oynayacaq
TOP OYUNLARI xəbərləri 6 Mart 10:12
272 baxış

Yığmamız Fransa və İspaniya ilə oynayacaq

Həndbol üzrə Avropa birinciliyinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra aşağı yaş qrupu üzrə Azərbaycan millisi də 16 yaşadək qızlar arasında keçiriləcək yarışda təmsil olunacaq.

 

C qrupunda yer alan komandamızın rəqibləri Fransa, İspaniya, Finlandiya və İslandiya yığmaları olacaq.

 

Yarış iyulun 2-6-da İsveçin Hotenburq şəhərində baş tutacaq. Birincilikdə 20 komanda qüvvəsini sınayacaq.

 

Xəbər lenti