[b]Yığmamız İtaliyaya quru hesabla uduzdu[/b]
06.09.2017 - 09:31
[b]Yığmamız İtaliyaya quru hesabla uduzdu[/b]

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Milanda İtaliya yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Voleybolçularımız 0:3 (18:25, 23:25, 24:26) hesabı ilə məğlub olublar.

 

Qeyd edək ki, komandamızın İtaliya ilə 3 yoxlama oyunu nəzərdə tutulub. 

0