21 Fevral 11:46 Yığmamız “nol” həddini aşa bilmədi
TOP OYUNLARI xəbərləri 21 Fevral 11:46
1593 baxış

Yığmamız “nol” həddini aşa bilmədi

Beynəlxalq Həndbol Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan heç bir cədvəldə yer almayıb.  

 

Belə ki, ölkəmizin adı qadınlar, kişilər, gənclər və yeniyetmələrin siyahısında yoxdu. Buna səbəb komandalarımızın son dünya çempionatlarının seçmə mərhələsinə qatılmamasıdı.

 

Kişilərdən ibarət komandamızın tarixi ərzində qatılmadığı mundialın seçməsində qadınlardan ibarət millimiz sonuncu dəfə 2015-də oynayıb və həmin vaxtda qrupda qalıb.

 

Aşağı yaş qrupuna gəlincə, yalnız gənc qızlardan ibarət həndbolçularımız DÇ-2001-də oynayıb. Yeniyetmələr kimi, nə U-17, nə U-18, nə də U-19 komandalarımız mundialda seçmə mərhələ sevinci yaşamayıblar.

 

Qeyd edək ki, hər cədvələ 50 ölkə salınıb. Bu, siyahıda sonuncuların 1 xalı olması ilə bağlıdı. Yerdə qalan ölkələr isə Azərbaycan kimi 0 xal həddini aşa bilmirlər. 

Xəbər lenti