[b]Yığmamız Rusiyanın 6-cı komandasına biabırçı hesabla uduzdu[/b]
07.05.2018 - 14:00
[b]Yığmamız Rusiyanın 6-cı komandasına biabırçı hesabla uduzdu[/b]

Sankt-Peterburqda basketbolun 3X3 növü üzrə Avropa Liqa Kuboku keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığması da qüvvəsini sınayıb.

 

Lakin Samit Nuruzadənin rəhbərlik etdiyi komanda yenə uğursuz çıxışı ilə yadda qalıb.

 

Belə ki, Zaur Paşayev, Amil Həmzəyev, Anar Hacıyev və Ruslan Qafurovdan ibarət millimiz keçirdiyi 3 oyundan ikisində məğlubiyyətə üzülüb. Basketbolçularımız “Belarus-2”yə 16:21, “Rusiya-6”ya 5:22 hesabı ilə uduzublar. Komandamız yalnız “Rusiya-4”ə 21:18 hesabı ilə qalib gəliblər ki, bu da 1/4 finala yüksəlmək üçün kifayət etməyib.

0