17 Avqust 11:24 Yığmamız Sloveniya ilə oynayacaq
TOP OYUNLARI xəbərləri 17 Avqust 11:24
381 baxış

Yığmamız Sloveniya ilə oynayacaq

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirəcək. Apasport.az saytı Voleybol Federasiyasının feysbuk səhifəsinə istinadən məlumat verir ki, Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gələcək.

 

İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasına bu gün çıxacaq.

 

Qeyd edək ki, yığmamız Mariborda bu oyunlardan başqa, Belçika ilə də qüvvəsini sınayıb və 1:3 hesabı ilə uduzub. 

Xəbər lenti