[b]Yığmamız tay-brekdə uduzdu[/b]
06.09.2017 - 14:53
[b]Yığmamız tay-brekdə uduzdu[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Milanda ikinci dəfə İtaliya yığması ilə qarşılaşıb.

 

Avropa çempionatına hazırlaşan komandaların oyunu gərgin keçib. İtaliya tay-brekdə təmsilçimizdən üstün olub - 3:2 (22:25, 22:25, 25:20, 25:22, 15:13).

 

Qeyd edək ki, millimiz İtaliya ilə növbəti görüşünü sabah keçirəcək. Komandamız avqustun 8-də isə Bakıya dönəcək.  

0