27 Fevral 17:42 Yığmamız üçün 7 potensial rəqib
TOP OYUNLARI xəbərləri 27 Fevral 17:42
372 baxış

Yığmamız üçün 7 potensial rəqib

Qızlardan ibarət  Azərbaycanın həndbol millisinin iştirak edəcəyi növbəti turnir müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız Avropa Həndbol Federasiyasının təşkil etdiyi “Womens Trophy”də iştirak edəcək.

 

Bosniya və Herseqovinanın Tuzla şəhərində təşkil olunacaq gənclər arasında yarış mayın 29-dan iyunun 3-dək keçiriləcək. Həndbolçularımızın rəqibləri Belçika, Kipr, Böyük Britaniya, Estoniya, Lüksemburq, Moldova və meydan sahibləri olacaqlar.

 

Komandalar 2 qrupda dairəvi sistemlə mübarizə aparacaq. İlk 2 yeri tutacaq yığmalar medallar uğrunda yarışacaq.

Xəbər lenti