Yığmamızın hazırlığının vaxtı dəqiqləşdi
16.06.2018 - 14:27
Yığmamızın hazırlığının vaxtı dəqiqləşdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışın vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri dünya çempionatının hazırlığına iyulun 8-də başlayacaqlar.

İlk çalışmalar Bakıda baş tutacaq. Komandamız ardınca ölkə xaricində - Türkiyədə də hazırlıq keçəcək. Təlim-məşq toplanışı zamanı yoxlama matçları da nəzərdə tutulub.

Qeyd edək ki, yığmamız sentyabr-oktyabrda Yaponiyada keçiriləcək mundailda ABŞ, Rusiya, Cənubi Koreya, Tailand və Trinidad Tobaqo ilə birgə C qrupunda yer alıb.

0