[b]Yığmamızın heyəti açıqlandı[/b]
18.05.2018 - 18:21
[b]Yığmamızın heyəti açıqlandı[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Faiq Qarayev Qızıl Avropa Liqasında güvənəcəyi “14-lüy”ü müəyyənləşdirib.

 

Belə ki, təcrübəli mütəxəssis çətin klub mövsümündən sonra bir sıra aparıcı oyunçularımıza istirahət verib. O, Ukrayna, Bolqarıstan və Portuqaliya ilə görüşlərdə əsasən gənclərə şans verəcək. Qarayev Sloveniyada təlim-məşqdə olmuş heyətlə müqayisədə isə cəmi 1 dəyişiklik edib. Anastasiya Bessonovanın əvəzinə Kristina Yaqubova komandaya cəlb olunub.

 

Toppaylayıcılar: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova;

Blokçular: 15. Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova;

Hücumçular: 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova;

Liberolar: 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

Qeyd edək ki, yığmamız Qızıl Avropa Liqasının ilk oyununa sabah çıxacaq. Rəqibimiz Ukrayna voleybolçuları olacaqlar.

 

0