[b]Yığmamızın hücumçusu rəsmən A seriyasında![/b]
12.06.2018 - 09:11
[b]Yığmamızın hücumçusu rəsmən A seriyasında![/b]

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu A seriyasında mübarizə aparan “Kazalmadjore” ilə danışıqları müsbət yekunlaşdırıb.

 

Rəhimova artıq 1 illik müqaviləyə imza atıb. O, bununla da Cənubi Koreya, Yaponiya və Türkiyədən sonra İtaliyada da legioner həyatı yaşayacaq. “Kazalmadjore” Polina ilə yanaşı, 2014/2015 mövsümündə Bakı “Lokomotiv”ində oynamış italiyalı Valentina Arriqettinin də transferini rəsmiləşdirib.

 

Qeyd edək ki, peşəkar karyerasına Bakıda “Nəqliyyatçı”da (2005-2007) başlayan Rəhimova “Azərreyl”in (2007-2014, komanda voleybolçunun oynadığı son mövsümdə “Azəryol” adlanıb) uğurları üçün də çalışıb. O, ardınca Cənubi Koreyada “Hyundai” (2014-2015), Yaponiyada “Toyota” (2015-2017) və Türkiyədə “Fənərbaxça”nın (2017-2018) formasını geyinib.

0