[b]Yığmamızın hücumçusu Rusiya klubunda![/b]
20.06.2018 - 13:31
[b]Yığmamızın hücumçusu Rusiya klubunda![/b]

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova gələcək karyerası ilə bağlı qərarı verib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu İtaliyanın “Skandiççi” klubu ilə davam edən 1 illik müqaviləni qarşılıqlı şəkildə pozub.

 

Səmədova artıq yeni mövsümlə bağlı seçimini də edib. Türkiyənin 1, İtaliya və Polşanın 2 klubundan təklif alan təmsilçimiz Rusiya Superliqasını seçib. O, “Leninqradka” ilə danışıqları müsbət yekunlaşdırıb. Liza anlaşmaya əsasən 2018/2019 mövsümündə Sankt-Peterburq təmsilçinin şərəfini qoruyacaq.

 

Hücumçunun Kseniya Poznyakın sabiq komandasını seçməsində daim əsas heyətdə yer alacağına zəmanət verilməsi rol oynayıb. “Telekom”un yetirməsi limitə əsasən “Leninqradka”da 2 legionerdən bir olacaq.

 

Qeyd edək ki, Azərbaycan çempionatının qızıl və gümüş medalçısı olan Səmədova ötən mövsüm “Skandiççi” ilə 2 illik müqavilə bağlamışdı. Lakin A seriyasında cəmi 1 oyunda meydana çıxması razılığın pozulması ilə nəticələnib.

0