21 May 16:37 Yığmamızın Lüksemburqla oyunun vaxtı açıqlandı
TOP OYUNLARI xəbərləri 21 May 16:37
284 baxış

Yığmamızın Lüksemburqla oyunun vaxtı açıqlandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlarında daha birinin keçirilmə günü və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri Lüksemburqla avqustun 18-də üz-üzə gələcək.

 

II tur çərçivəsində baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Lüksemburqluların ölkəmizdəki oyunun tarixi isə hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, voleybolçularımız Lüksemburq, İsveç və Yunanıstanla da G qrupunda yer alıb.

Xəbər lenti