3 May 09:37 Yığmamızın oyunçuları meydana çıxmadı, “Fənərbaxça” çempion oldu
TOP OYUNLARI xəbərləri 3 May 09:37
716 baxış

Yığmamızın oyunçuları meydana çıxmadı, “Fənərbaxça” çempion oldu

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi “Fənərbaxça” olub.

 

“Sarı-lacivərdlilər” final seriyasında “Qalatasaray”ı hər 3 matçda 3:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda qarşılaşmada isə “Vakıfbank” “Əczaçıbaşı”dan üstün olub – 2:0.

 

Sultanlar Liqasında 5-ci yer isə “Bursa BŞB”yə qismət olub. Onlar ikinci matçda da Azərbaycan millisinin hücumçusu Yana Kulanın heyətində yer aldığı “Çanakkale Bld”u məğlub ediblər – 3:0, 3:1. İlk oyunda zədələnən voleybolçumuzun adı protokola da salınmayıb.

 

Onun kimi millimizin blokçusu Kseniya Poznyak da son qarşılaşmada meydana çıxmayıb. Onun şərəfini qoruduğu “Beşiktaş” isə ikinci görüşdə “Halkbank”a 3:2 hesabı ilə qalib gələrək, 7-ci yeri tutub.

 

Onlar ilk matçda da 3:0 hesablı qələbəyə sevinmişdilər. 

Xəbər lenti