[b]Yığmamızın oyunçusu 6 aydan sonra meydana dönəcək[/b]
10.11.2017 - 17:58
[b]Yığmamızın oyunçusu 6 aydan sonra meydana dönəcək[/b]

Azərbaycan millisinin voleybolçusu Oksana Kiselyova əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı liberonun əməliyyatı “Acibadem” Altunizadə Xəstəxanasında baş tutub.

 

Doktor Barış Kocaoğlu tərəfindən ön çarpaz bağlarında və meniskdə olan problemlər aradan qaldırılıb. Həkim əməliyyatın uğurlu keçdiyini bildirib.

 

Onun sözlərinə görə, Kiselyova 6 aydan sonra meydana qayıdacaq. 

0