9 Yanvar 18:09 Yığmamızın oyunçusu Fransada liderdi
TOP OYUNLARI xəbərləri 9 Yanvar 18:09
176 baxış

Yığmamızın oyunçusu Fransada liderdi

Qadın voleybolçular arasında Fransa çempionatının XII turunun yekununa əsasən statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Le Cannet” klubunun şərəfini qoruyan Azərbaycan millisinin üzvü Olena Həsənova ən məhsuldar blokçular siyahısına başçılıq edir.

 

12 oyuna blokda 50 xal qazanmış Həsənova bu göstərici ilə 1-ci yerdə qərarlaşıb. Onun ən yaxın izləyicisi Miriyam Klosterin (“Kann”) aktivində 38 xal var.

Xəbər lenti