[b]Yığmamızın üzvü rəsmən Rusiya çempionatında![/b]
09.10.2017 - 10:18
[b]Yığmamızın üzvü rəsmən Rusiya çempionatında![/b]

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 31 yaşlı blokçu “Leninqradka” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

 

O, 82 yaşlı Sankt-Peterburq təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Bu, Poznyakın karyerasında 4-cü ölkə olacaq. Belarus əsilli voleybolçumuz Azərbaycanda “Azərreyl”, “Lokomotiv”lə yanaşı, İtaliyada “Parma”, Türkiyədə “Beşiktaş”ın formasını geyinib.

 

Qeyd edək ki, Poznyakdan öncə Natalya Məmmədova da Rusiya Super Liqasını seçib. O, Kazan “Dinamo”su ilə anlaşıb. 

0