[b]Yığmamızın voleybolçusu final üçün “Uraloçka” ilə oynayacaq[/b]
09.03.2018 - 09:29
[b]Yığmamızın voleybolçusu final üçün “Uraloçka” ilə oynayacaq[/b]

Qadın voleybolçular arasında Rusiya Superliqasında yarımfinalçıların adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsini adlayanlar sırasında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su da var.

 

Tatarıstan təmsilçisi 1/4 finalda “Saxalin”i mübarizədən kənarlaşdırıb. Kazanlılar 3 matçdan ikisində qələbə qazanmaqla buna nail olublar.

 

“Dinamo”dan fərqli, Kseniya Poznyakın çıxış etdiyi “Leninqradka” mərhələ adlaya bilməyib. Onlar Moskva “Dinamo”su ilə keçirdikləri hər 2 görüşdə məğlubiyyətə üzülüblər.

 

Beləliklə, martın 25-də start götürəcək yarımfinal mərhələsində Kazan “Dinamo”su “Uraloçka” ilə, Moskva “Dinamo”su “Yenisey”lə üz-üzə gələcək. İkinci matçlar martın 29-na təsadüf edəcək. Əgər üçüncü oyuna ehtiyac olarsa, komandalar aprelin 7-də münasibətinə aydınlıq gətirəcək.

0