14 May 09:41 “Zenit” ardıcıl 4-cü dəfə Çempionlar Liqasını qazandı
TOP OYUNLARI xəbərləri 14 May 09:41
672 baxış

“Zenit” ardıcıl 4-cü dəfə Çempionlar Liqasını qazandı

Kişi voleybolçular arasında Çempionlar Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempion adına Rusiyanın “Zenit” klubu sahib olub.

 

“Dördlər finalı”na ev sahibliyi edən Kazan təmsilçisi finalda “Lyube Çivitanova”ya (İtaliya) qalib gəlib - 3:2 (29:27, 18:25, 23:25, 25:23, 17:15). Bununla da “Zenit” 6-cı, ardıcıl 4-cü dəfə qitənin ən güclüsü adına yiyələnib.

 

Üçüncü yeri isə “Zaksa”nı (Polşa) məğlub edən “Peruca” (İtaliya) tutub. Onlar da 3:2 (17:25, 29:27, 19:25, 25:23, 15:7) hesabı ilə qələbə qazanıblar.

 

Çempionlar Liqasının ən dəyərli voleybolçusu isə “Zenit”in üzvü Maksim Mixaylov seçilib.

Xəbər lenti