“Topaz”dan həyəcan dolu, yeni bir oyun – Duello!

“Topaz” müştəriləri üçün yenilik etməkdə davam edir. Apasport.az saytının məlumatına görə, yeni oyun - duelloda iştirakçıdan oyun proqramında yer alan futbol və ya basketbol oyunları içindən “Topaz” tərəfindən seçilən 2 futbol və ya 2 basketbol komandasının bir-birinə rəqib olması ilə əmələ gətirilən virtual bir oyunda hansı komandanın daha yüksək hesab əldə edəcəyini proqnoz etməsi tələb olunur.

Məsələn: “A” adlı futbol komandası və “C” adlı futbol komandası arasında keçirilən görüş ilə “B” adlı futbol komandası və “D” adlı futbol komandası arasında keçirilən görüş seçilərək elan edilir və virtual görüş, komandaların bir-birinə rəqib olması nəticəsində “A” adlı komanda ilə “B” adlı komanda və ya “C” adlı komanda ilə “D” adlı komanda arasında keçirilmiş kimi qəbul edilir.

Misal: “A” adlı futbol komandası və “C” adlı futbol komandası arasında keçirilən görüş “A” adlı futbol komandasının “3:1” hesablı qələbəsi ilə; “B” adlı futbol komandası və “D” adlı futbol komandası arasında keçirilən görüş isə “B” adlı futbol komandasının “1:2” hesablı məğlubiyyəti ilə nəticələnmişdirsə; “A” adlı futbol komandası ilə “B” adlı futbol komandası arasındakı virtual görüş “3:1” hesabı ilə; “C” adlı futbol komandası ilə “D” adlı futbol komandası arasındakı virtual görüş isə “1:2” hesabı ilə nəticələnmiş kimi qəbul edilir.

Qeyd edək ki, Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. “Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.
SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA
Komanda
o
q
h
m
t
x
1 Qarabağ
36
21
9
6
66-21
72
2 İnter
36
20
7
9
60-37
67
3 Qəbələ
36
18
7
11
48-36
61
4 Neftçi
36
17
9
10
48-42
60
5 Bakı
36
16
9
11
53-43
57
6 Xəzər L
36
12
13
11
44-49
49
7 Simurq
36
11
13
12
35-28
46
8 AZAL
36
6
13
17
29-49
31
9 Sumqayıt
36
5
10
21
27-61
25
10 Rəvan
36
4
10
22
22-66
22
Top 10