“Xəzər Lənkəran” Branimir Subaşiçlə bağlı qərarını verdi

“Xəzər Lənkəran” Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin taleyinə aydınlıq gətirib. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O bildirib ki, 31 yaşlı milliləşdirilən serbiyalı hücumçu ilə ötən ilin sonunda başa çatan müqavilə uzadılmayacaq.

“Bildiyiniz kimi, Subaşiçin bizimlə müqaviləsi dekabrın 31-də başa çatıb. Onun gələcək taleyi ilə bağlı baş məşqçi ilə söhbətimiz olub. Qərara gəldik ki, Branimirlə müqaviləni artırmayaq” – deyə, Nadirov bildirib.

Vitse-prezidentin sözlərinə görə, son vaxtlar əsas heyətlərinin müxtəlif oyunçularının gedişi deyilsə də, bunlar doğru deyil: “Əsas komandadan 3 futbolçu gedib. Subaşiçdən öncə qapıçı Kamal Bayramovla müqaviləni qarşılıqlı razılıqla pozduq. Akif Tağıyev isə əvəzedici heyətə göndərilib. Heyətlə bağlı baş məşqçi qərar verir və rəhbərlik bunu təsdiqləyir. Müxtəlif mövqelərə yeni futbolçuların cəlb olunmağı nəzərdə tutulub. Həmin legionerlər Antalyada düşərgəmizə gələcək”.

Qeyd edək ki, Subaşiç Lənkəran klubunda çıxış etdiyi il yarımda çempionatın gümüş medalını qazanıb. Cənublular qış fasiləsində türkiyəli hücumçu Gökhan Güləçi transfer edib.

Mehman SÜLEYMANOV
SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA
Komanda
o
q
h
m
t
x
1 Sumqayıt
5
4
0
1
8-6
12
2 İnter
5
3
1
1
12-3
10
3 Neftçi
4
3
0
1
4-4
9
4 Qəbələ
5
3
0
2
6-7
9
5 Simurq
4
2
0
2
6-4
6
6 Qarabağ
4
1
2
1
5-5
5
7 Xəzər L
5
1
1
3
2-5
4
8 AZAL
4
1
1
2
3-7
4
9 Araz N
4
1
0
3
4-5
3
10 Bakı
4
0
1
3
3-7
1
Top 10