Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz birdən qaldırmada 180 kq, təkanla qaldırmada isə 211 kq nəticə göstərib.
Atletimiz birdən qaldırma ilə yanaşı, ümumi nəticəyə (391 kq) görə də gümüş medala sahib olub.
Beləliklə, Dadaş yarışı iki gümüş medalla başa vurub.
***
14:36
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Apasport.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı birdən qaldırmada 180 kq nəticə ilə gümüş medal qazanıb.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
- Nuray Əbilova: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”
- Firdovsi Umudov: “Uğurlu nəticələrimizin davamı gələcək”
- 15 yaşlı ağırlıqqaldıranımız İslamiadada 3 bürünc qazanıb - FOTO - YENİLƏNİB
- Azərbaycan Atletika Federasiyasının rəhbərliyi “World Athletics”də
- Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti AAF rəhbərliyi ilə görüşüb - FOTO