16:15 17-01-2015
news_image
271
DİGƏR NÖVLƏR

Dünya Kubokunda 3-cü mərhələ başlayır

Bu gün Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu, 3-cü mərhələsi start götürür. Apasport.az saytının məlumatına görə, planetin 46 ölkəsindən olan idmançıların mübarizə aparacağı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.

İdmançılarımız bu gün 2 növdə çıxış edəcəklər. Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında 32 nəfər arasında mükafat qazanmağa çalışacaq. Sergey Omelçenko isə 29 nəfərin çıxış edəcəyi keyrin növündə mübarizə aparacaq.

Dünya Kubokunun 3-cü mərhələsinə sabah yekun vurulacaq. Son yarış günü idmançılarımızdan yalnız Olqa İsmayılova çıxış edəcək - o keyrin növündə medallar uğrunda yarışacaq.