16:06 18-01-2015
news_image
320
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov yenə heç-heçəyə razılaşdı

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə VII turun görüşlərinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yenə xal itirib.

 

Təmsilçimiz ABŞ-dan olan şahmatçı Uesli So ilə üz-üzə gəlib. 2015-ci ildə ilk qələbəsini bu qrossmeyster üzərində əldə edən Rəcəbov bu dəfə rəqibi ilə heç-heçəyə razılaşıb.

 

Bu bərabərlikdən sonra Teymur xalını 3,5-ə çıxararaq, Fabiano Karuana ilə birgə 6-7-ci yürləri bölüşür.

 

Turnir cədvəlinə isə yenə 5 xalla Vasili İvançukla Maqnus Karlsen (Norveç) başçılıq edir. Ukraynalı Aniş Qiri (Hollandiya) ilə heç-heçə etsə də, əsas rəqibləri – Maksim Vaşye-Laqrev (Fransa) və Din Lireni (Çin) 0.5 xalla qabaqlayır.

 

Turnir cədvəli: Vasili İvançuk (Ukrayna), Maqnus Karlsen (Norveç) – 5 xal; Uesli So, Maksim Vaşye-Laqrev (Fransa), Din Liren (Çin) – 4.5; Radoslav Vojtaşek (Polşa), Aniş Qiri (Hollandiya) – 4; Teymur Rəcəbov (Azərbaycan), Fabiano Karuana (İtaliya) - 3,5; İvan Şariç (Xorvatiya), Levon Aronyan (Ermənistan) – 2.5; Hou İfan (Çin), Lyuk Van Veli (Hollandiya) – 2; Baadur Jobava (Gürcüstan) – 1,5.