09:15 19-01-2015
news_image

“Baku fires”dən qələbə ilə start - FOTOSESSİYA

Ümumdünya Boks Seriyasının (WSB) V mövsümünün startı verilib. Apasport.az saytının məlumatına görə, Quba Olimpiya Kompleksində baş tutan ilin ilk görüşündə Azərbaycanın “Baku Fires” klubu İtaliyanın “İtalia Thunder” komandası ilə qarşılaşıb.

 

Matç təmsilçimiz üçün yaxşı başlamasa da, qələbə ilə yekunlaşıb. Belə ki, Məhəmməd İbiyev birinci qarşılaşmada azarkeşləri məyus etməsinə baxmayaraq, ardınca rinqə çıxan 4 boksçumuz qalib gələrək, startı uğurla bitirib – 4:1.

 

“Baku Fires” – “İtalia Thunder” – 4:1

49 kq. Məhəmməd İbiyev – Patrik Barns – 0:1

 56 kq. Məhəmməd Qurbanov – Maykl Konlan – 1:0

 64 kq. Heybətulla Hacəliyev  – Vinçenzo Mangiakapre – 1:0

 75 kq. Nikolay Veselov – Salvatore Kavallaro – 1:0

 91 kq. Əbdülqədir Abdullayev – Fabio Turçi – 1:0

 

Qeyd edək ki, WSB Liqasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. "Baku Fires" B qrupunda "İtalia Thunder”lə yanaşı, "Astana Arlans”, "Argentina Condors”, "Caciques Venezuela”, "Puerto Rico Hurricanes”, "Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq. A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq. WSB Liqasından 17 boksçu mövsümün sonunda 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 49 kq, 91 kq və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.