10:49 19-01-2015
news_image
450
TOP OYUNLARI

“Fənərbaxça” derbini qazanıb, Bakıya gəlir - FOTO

Qadın voleybolçular arasında Türkiyə Superliqasında XIII turun matçları başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Çanakqala Bld” komandası “Nilüfer Bld” klubun qonağı olub.

 

Təmsilçimizin komandasının heyətində ikinci matçı məğlubiyyətlə başa çatıb. Ağayeva 13 xalla “Çanakqala Bld”nin ən yaxşısı olsa da, sevinə bilməyib – 0:3 (22:25; 23:25; 17:25).

 

Millimizin toppaylayıcısı Anita Bredisin şərəfini qoruduğu “Yeşilyurt” klubu da turu xalsız başa vurub. “İdmanocağı”nı qəbul edən komanda ilk hissəni aktivinə yazsa da, ardını gətirə bilməyib – 1:3 (25:23; 15:25; 16:25; 18:25).

 

Çempionlar Liqasının V turu çərçivəsində yanvarın 21-də “Azəryol”un qonağı olacaq “Fənərbaxça” isə asan qələbəyə sevinib. “Sarı-lacivərdlilər” derbidə “Qalatasaray”a heç bir şans verməyiblər – 3:0 (25:19; 25:20; 27:25).

 

Nəticədə XIII turun yekununa əsasən, aktivində 32 xalı olan “Fənərbaxça” 3-cü pillədəki yerini qoruyub. “Çanakqala Bld” 7-ci (16), “Yeşilyurt” sonuncu – 12-cidi (0).