13:18 19-01-2015
news_image
424
TOP OYUNLARI

Millimizin hücumçusu üçün “qara zolaq”

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında XXI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” “Huenqkuk” klubunun qonağı olub.

 

Qarşılaşma yenə Seul təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “qara zolağ”a düşən “Hyundai” bu dəfə də ilk seti qazanmasına baxmayaraq, meydanı məğlub tərk edib – 1:3 (25:21; 19:25; 15:25; 21:25).

 

Rəhimova oyunda 27 xal toplayıb. Hücumda 26 xal qazanan hücumçumuzun 1 bloku da keçilməz olub.

 

Bu məğlubiyyətdən sonra aktivində 34 xalı olan “Hyundai” yenə 3-cü pillədə qalıb.