15:21 19-01-2015
news_image
574
TOP OYUNLARI

“Lotereya”ya ümid etmə, əsas oyunda mərhələ adla!

Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən “Lokomotiv” ikinci görüşünə ilk oyun günündə çıxacaq.

 

Bakı təmsilçisi evdə 3:0 hesabı ilə darmadağın etdiyi Krasnodar “Dinamo”sunun qonağı olacaq. Qarşılaşmanın voleybolçularımız üçün çox çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki ruslar CEV kubokunun favoritlərinin duelində asan məğlubiyyətlə razılaşmayacaqlar. Onların əsas məqsədi görüşü ən azı “Qızıl set”ə daşımaq olacaq.

 

Rəqibindən fərqli, “Lokomotiv” əsas oyunda “Çelenc raund”a adlamağa çalışacaq. Komandamız Krasnodarda məğlub olsa da, mərhələ keçə bilər. 2 setdə qələbə təmsilçimizin rəqibini mübarizədən kənarlaşdırmasına kifayət edəcək. Hər halda, baş məşqçi Teon Buijsin də “lotereya”ya bel bağlayacağı inandırıcı deyil. Təcrübəli çalışdırıcının ilk 2 hissədə komandasının taleyini həll etməsi, ardınca ehtiyat qüvvəyə şans verməsi gözlənilir.

 

20 yanvar

CEV kuboku

1/4 final, cavab oyunu

20:30. "Dinamo” (Rusiya) – “Lokomotiv” (Azərbaycan)

Hakimlər: Ancelko Popoviç (Serbiya), Sergey Vaytişkoviç (Belarus)

Krasnodar, Olimpiya Sarayı

İlk oyun: "Lokomotiv" - "Dinamo" - 3:0 (25:22; 25:18; 25:22)