21:04 20-01-2015
news_image
407
DİGƏR NÖVLƏR

"Synergy Baku" 20 Yanvar şəhidlərini yad etdi - FOTOSESSİYA

İspaniyanın Kalpe şəhərində Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun, həmçinin Bakı-2015 ilk Avropa Oyunlarına hazırlaşan dağ velosipedi üzrə yığma komandamızın qış hazırlıqları start götürüb. Apasport.az saytının məlumatına görə, təlim-məşq prosesinin ilk günündə velosipedçilər məşqə çıxmazdan öncə qollarına qara sarğı bağlayaraq 20 Yanvar şəhidlərinin ruhuna olan ehtiramlarını bildiriblər.

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev "Synergy Baku"nun yeni üzvlərinə 20 Yanvar faciəsi barədə məlumat verib və daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

 

İlk məşq günü velosipedçilərimiz dağ yolları ilə 200 km-ə yaxın məsafə qət ediblər. Təlim-məşq toplantısı yanvarın 30-dək davam edəcək.