11:27 21-01-2015
news_image
351
TOP OYUNLARI

Konstantin Uşakov: Qələbə qazanacağımızı bilirdim

“Komandanı bu oyuna hazırlamaq çətin olmadı. Qızlar özləri hər şeyi dərk edirdilər. Fikrimcə, bu, bizim ən yaxşı oyunlarımızdan biri oldu”. Apasport.az saytının məlumatına görə, bunu Krasnodar “Dinamo”sunun baş məşqçisi Konstantin Uşakov Bakının “Lokomotiv” klubu ilə oyundan sonra deyib.

 

CEV kubokunun 1/4 finalında “dəmiryolçular”ı mübarizədən kənarlaşdıran təcrübəli mütəxəssis qələbənin sirrini açıqlayıb. O klubunun saytına açıqlamasında bildirib ki, qələbələrinə Bakıda 0:3 hesablı məğlubiyyətdən sonra da inanırmış: “Emosiya meydanda qaldı. İndi çox yorğunam. Ağır oyun oldu. Burdakı matç Bakıdakı qarşılaşmadan ağır keçdi. Amma mən qələbə qazanacağımızı bilirdim. “Qızıl set”də cüzi səhv nəticəyə bizim üçün mənfi mənada təsir edə bilərdi”.

 

Qeyd edək ki, “Dinamo” evdə 3:0 hesablı qələbə qazandığından “Qızıl set” oynanılıb. Komandamız həlledici hissədə 12:10 irəlidə olmasına baxmayaraq, Uşakovun taktiki gedişləri qarşısında aciz qalıb və 13:15 hesabı ilə uduzub. Bununla da avrokuboklara qatılan 4 Azərbaycan klubundan mübarizəni dayandıran ilk təmsilçimiz olub.