11:32 21-01-2015
news_image
274
TOP OYUNLARI

Teon Buijsdən etiraf: “Dinamo” bacarığımızı nümayiş etdirmək imkanı vermədi

“Cavab görüşündə çox şey bizim istədiyimiz kimi getmədi. “Dinamo”nun topu oyuna daxil etmələri ilk oyundakı kimi deyildi. Rəqibə müqavimət göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in baş məşqçisi Teon Buijs deyib.

 

Hollandiyalı mütəxəssis CEV kubokunun 1/4 final mərhələsi çərçivəsində Krasnodar “Dinamo”suna acı məğlubiyyəti şərh edib. İlk qarşılaşmada 3:0 hesablı qələbənin ardınca səfərdə eyni hesabla uduzub, “Qızıl set”də məğlub olan Buijs rusların rəsmi saytına rəqibin güclü olduğunu da etiraf edib: “Krasnodar komandası Bakıdakı qarşılaşmadan çox yaxşı çıxış etdi. Onlar bizi daim gərginlikdə saxladılar. Fikrimcə, “Qızıl set”də qələbə qazana bilərdik, ancaq alınmadı. Bu gün yalnız qələbə barədə düşünürdük. Ancaq “Dinamo” aqressiv oyunu ilə bizə istədiyimiz kimi çıxış etməyə imkan vermədi. Bütün gücümüzü meydanda qoyduq. Amma rəqib bacarığımızı nümayiş etdirmək imkanı vermədi”.

 

Qeyd edək ki, əsasən legionerlərə güvənən “Lokomotiv” CEV kuboku ilə vidalaşdığında bunu Super Liqada sığortalamağa çalışacaq.