12:28 21-01-2015
news_image
319
TOP OYUNLARI

Aleksandr Çervyakov: Uğurlu startın ardını gətirmək istəyirik

“Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov Çempionlar Liqasının V turu çərçivəsində qarşılaşacaqları “Fənərbaxça” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis ilin ilk ev matçında qələbə qazanmağı hədəflədiklərini deyib.

 

Çervyakovun sözlərinə görə, əsas məqsədləri uğurlu seriyanı davam etdirməkdi: “Biz 2015-ci ildəki uğurlu startın ardını gətirmək istəyirik. Rumıniyanın “Ştiinta” klubu üzərində səfər qələbəsindən sonra doğma azarkeşlər qarşısında da qalib gəlməyi hədəfləmişik. “Fənərbaxça” ilə qarşılaşmada layiqli müqavimət göstərib, xal itirməmək əsas planımızdı”.

 

Qeyd edək ki, Voleybol Mərkəzində keçiriləcək “Azəryol” – “Fənərbaxça” matçı bu gün saat 18:00-da start götürəcək.