16:15 21-01-2015
news_image
471
TOP OYUNLARI

Rəhimovadan uğursuzluğa son

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova “Hyundai”nin heyətində Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçumuzun komandası XXII tur çərçivəsində “İBK Altos” klubunu qəbul edib.

 

Seul təmsilçisi bu gün baş tutan qarşılaşma ilə uğursuz seriyaya son qoyub. Son 3 görüşdə məğlub olan “Hyundai” “İBK Altos”a 3:1 (25:19; 20:25; 25:18; 25:17).

 

Rəhimova komandasına 22 xal qazandırıb. 26 dəfə hücumda dəqiq oynayan voleybolçu 1 dəfə blokda keçilməz olub.

 

Bu qələbə “Hyundai”nin ikinci pilləyə yüksəlməsi ilə nəticələnib. Aktivindəki xalı 37-yə çatdıran komanda “İBK Altos”u 1 xal qabaqlayıb.