00:01 22-01-2015
news_image
381
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Levon Aronyanla heç-heçə etdi

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov X turda Levon Aronyanı sınağa çəkib.

 

Bir gün öncə lider Maqnus Karlsenə uduzan təmsilçimiz ermənistanlı şahmatçı ilə xalları yarı bölüb.

 

Qeyd edək ki, turnir cədvəlinə başçılıq edən norveçli qrossmeyster Karlsen Vasili İvançukla sülh bağlasa da, liderliyini qoruyub.

 

Turnir cədvəli: Maqnus Karlsen (Norveç) – 7.5; Uesli So (ABŞ), Maksim Vaşye-Laqrev (Fransa) – 6.5; Vasili İvançuk (Ukrayna), Din Liren (Çin), Aniş Qiri (Hollandiya), Fabiano Karuana (İtaliya) – 6; Teymur Rəcəbov (Azərbaycan), Radoslav Vojtaşek (Polşa) – 5; Levon Aronyan (Ermənistan) – 4.5; Lyuk Van Veli (Hollandiya) – 3.5; Hou İfan (Çin), İvan Şariç (Xorvatiya) – 3; Baadur Jobava (Gürcüstan) – 1,5.