21:17 22-01-2015
news_image
3467
TOP OYUNLARI

"Rabitə" Çempionlar Liqasının qalibinə uduzsa da, şansını qoruyur - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının V turu çərçivəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, A qrupunun son oyununda Azərbaycan çempionu “Rabitə” Kazanda “Dinamo”nun qonağı olub.

 

Görüşün gərgin keçəcəyi gözlənilsə də, ev sahibləri asan qələbə qazanıblar. Bakıdakı oyunda 3:2 hesabı ilə əzmkar qələbə qazanan təmsilçimiz bu dəfə istəyinə nail ola bilməyib. Azərbaycan və Rusiya çempionlarının duelində şimal qonşularımız hər 3 seti xeyirlərinə bitiriblər.

 

Düzdü, Dejan Brdjoviçin yetirmələri ilk setə yaxşı başlayıb. Komandamız hətta bir neçə dəfə hesabda da önə keçib. Lakin rəqib baş məşqçinin etdiyi dəyişikliklər oyunun taleyini həll edib. “Dinamo” ilk seti 4 top irəlidə bitirib.

 

Ardınca “Rabitə” öz oyununu göstərə bilməyib və növbəti 2 hissədə kazanlılar qalib gəliblər.

 

Komandamız 0:3 hesabı ilə uduzduzsa da, növbəti mərhələ şansını saxlayıb. 9 xalla ikinci pillədəki yerini möhkəmlədən “Dinamo” son turda “quru hesab”la məğlub olarsa, “Rabitə” də set vermədən qalib gələrsə belə, hissə nisbətində Çempionlar Liqasının son qalibinə çata bilməyəcək. Amma növbəti mərhələyə ən yaxşı 2 üçüncü yerin sahibinin vəsiqə qazanmasını nəzərə alsaq, komandamızın iddiası davam edir.

 

"Rabitə" pley-off arzusunu reallaşdıra bilməsə belə avrokubokda mübarizəni davam etdirə bilər. VI turda “Agel”in “Dinamo”ya hansı hesabla qalib gəlməsindən asılı olmayaraq, “Ximik”lə görüşdə 1 xal “Rabitə”ni CEV kubokunun “Çelenc raund”unda iştirak etməsini təmin edəcək.

 

Qeyd edək ki, Polşa klubu V turda “Agel”ə (Çexiya) 2:3 hesabı ilə uduzsa da, pley-offa vəsiqəni təmin edib.  

 

 

Çempionlar Liqası

A qrupu

22 yanvar

"Dinamo" (Rusiya, Kazan) - "Rabitə" (Azərbaycan) - 3:0 (25:21; 25:10; 25:14)

Hakimlər: Şloma Brutman (İsrail), Yuri Bakunoviç (Belarus)

Kazan, Sankt-Peterburq Sarayı

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

5

3

2

2

1

0

2

0

0

13-7

442-405

11

2.

Dinamo Kazan

5

 3

2

2

0

1

1

1

0

12-8

446-406

9

3.

Rabitə

5

2

3

0

3

1

1

0

2

8-12

422-436

6

4.

Agel

5

2

   3

0

0

2

0

1

2

7-13

397-460

4