15:02 22-01-2015
news_image
399
TOP OYUNLARI

Ukraynalı qapıçı Azərbaycana gələsi olmadı

“Volın”la yolları ayrılan ukraynalı qapıçı Sergey Litovçenko Azərbaycana gələsi olmayacaq. Apasport.az saytının Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ölkəmizə gələcəyi gözlənilən 35 yaşlı qolkiper fərqli qərar qəbul edib.

 

Belə ki, “Metallurq”la danışıq aparan Litovçenko bu kluba keçməyə çox yaxındı. 27 yaşlı qolkiperin yaxın günlərdə Zaporojye təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir. Hazırda tərəflər sözləşmənin detallarını müzakirə edirlər.

 

Qeyd edək ki, Litovçenko bir müddət öncə verdiyi açıqlamada Azərbaycandan təklif aldığını təsdiqləyərək, bu ölkəyə köçmək ehtimalının daha çox olduğunu açıqlamışdı.