09:26 23-01-2015
news_image
346
TOP OYUNLARI

Yenə Yekaterina Qamova

Qadın voleybolçular arasında Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Dinamo” (Rusiya, Kazan) - “Rabitə” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, ev sahiblərinin 3:0 hesabı ilə qələbə qazandığı qarşılaşmanın ən dəyərli oyunçusu Yekaterina Qamova olub.

 

Rusiyalı ulduz 17 xal toplamaqla komanda yoldaşı Antonella Del Kore ilə birgə matçın ən məhsuldar voleybolçusu adını da heç kimə güzəştə getməyib.

 

“Rabitə”də ən çox xalı Katarjina Skovronska toplayıb. Polşalı oyunçu komandamıza 8 xal qazandırıb. Bakı təmsilçisinin digər yetirmələrinə gəlincə, Foluke Akinradevo ilə Tori Dikson hərəyə 6, Aurea Kruzla Yoana Palasio Mendoza hərəyə 4, Salas Vilma Rosell 3 və Nutsara Tomkom 1 xal toplayıb.