09:31 23-01-2015
news_image
323
TOP OYUNLARI

“Təkcə müdafiənin hesabına qalib gəlmək mümkünsüzdü”

“Dinamo”nu təbrik edirəm. Kazan təmsilçisi bizə qarşı çox yaxşı oynadı. Bizdə isə heç nə alınmırdı. Sanki bura turist səfərinə gəlmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə”nin məşqçisi Vasif Talıbov deyib.

 

Baş məşqçi Dejan Brdjoviçin əvəzinə jurnalistlər önünə çıxan Azərbaycan millisinin sabiq voleybolçusu bildirib ki, qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin V turunun Rusiya “Dinamo”su ilə Kazandakı oyununda komandası çox zəif təsir bağışlayıb: “Üç gün ərzində təhlil edib, üzərində işlədiyimiz oyun elementlərinin heç birini meydanda yerinə yetirə bilmədik. Ev tapşırığını yerinə yetirməyəndə isə “Dinamo” kimi rəqiblə oynamaq çox çətin olur. Əgər topu oyuna pis daxil edirsənsə, qəbulda, hücumda zəifsənsə, təkcə müdafiənin hesabına qalib gəlmək mümkünsüzdü”.

 

Qeyd edək ki, 0:3 hesabı ilə uduzan “Rabitə” pley-off şanslarını itiib.