11:58 23-01-2015
news_image
1416
TOP OYUNLARI

“Rabitə”ni pley-offa aparacaq yol

Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn 8 komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, sonuncu tur ərəfəsində yalnız 4 vəsiqənin taleyi qaranlıq qalıb.

 

Bu vəsiqələrdən ikisi ilk 2 yerin sahibi kimi birbaşa mərhələ adlayanların, digər ikisi ən yaxşı 3-cü pilləni tutacaq komandanın payına düşəcək. Əgər bu 12 komandadan biri “Dördlər finalı”na ev sahibliyi edərsə, 3-cü yerin sahibi kimi pley-offa çıxacaq klubların sayı 3-ə qalxacaq.

 

Bu isə o deməkdi ki, artıq qrup ikincisi kimi mərhələ adlayan “Azəryol”a “Rabitə” də qoşula bilər. Çempionlar Liqasının iştirak etdiyi mövsümlərində həmişə pley-offa çıxan komandamız bunun üçün son turda qrup lideri Polşa “Ximik”ini məğlub etməli, digər qrupdakı matçlardakı nəticələri gözləməlidi. Ən pis halda isə Bakı təmsilçisi “Agel” (Çexiya) – “Dinamo” (Rusiya, Kazan) matçının nəticəsindən asılı olmayaraq, 1 xalla belə mübarizəni CEV kubokunda davam etdirmək şansına malikdi.

 

Qeyd edək ki, “Azəryol”la yanaşı, “Ximik” (Polşa), Kazan və Moskva “Dinamo”ları (hər ikisi Rusiya), “Fənərbaxça”, “Vakıfbank”, “Əczaçıbaşı” (hər üçü Türkiyə) və

“Volero” (İsveçrə) pley-offda rəqiblərini gözləyirlər.