13:11 23-01-2015
news_image

İlk “onluq”da 5 azərbaycanlı

Beynəlxalq Cüdo Federasiyası 2015-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu saymaq olar.

 

Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk “onluq”da yer alıb. Təmsilçilərimizdən ən yaxşı göstərici dünya çempionumuz Elxan Məmmədova məxsusdu. O, öz çəkisində 4-cü yerdədi.

 

“10-luq”da mövqeyini qoruyan Orxan Səfərov (60 kq) 5-ci, Elmar Qasımov (100 kq) 6-cı, İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) 10-cudu.

 

Yığmamızın digər cüdoçularına gəlincə, Nicat Şixəlizadə 12-ci, Tərlan Kərimov (hər ikisi 66 kq) 37-ci, Məhəmmədəli Mehdiyev 50-ci, Tural Səfquliyev (hər ikisi 81 kq) 63-cü, Şahin Qəhrəmanov (90 kq) 30-cu, Uşanqi Kokauri (+100 kq) 38-ci və Kifayət Qasımova (57 kq) 25-ci yeri tutur.

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.