17:11 24-01-2015
news_image
4942
TOP OYUNLARI

Azərbaycan çempionu: Revanşla növbəti mərhələyə

Yanvarın 28-də qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, VI turun qarşılaşmaları Azərbaycan çempionu “Rabitə” üçün həlledici xarakter daşıyacaq.

 

A qrupunda çıxış edən Bakı klubu öz meydanında  Polşanın “Ximik” klubunu sınağa çəkəcək. Yarışın debütantı olmasına baxmayaraq, qrup lideri olan polşalılarla görüşdə “Rabitə”ni yalnız qələbə qane edir.

 

Düzdü, rəqibdən fərqli, bakılılar ilk iki pillədən birini tutmaq və bununla da pley-offa yüksəlmək şanslarını itirib. Amma təmsilçimiz ən yaxşı qrup üçüncülərindən biri kimi mübarizəni davam etdirmək şansına malikdi. Azərbaycan çempionu hətta 2 xal əldə etsə də, buna nail olmaq imkanını itirməyəcək. Lakin digər görüşlərin gec başladığını nəzərə alsaq, “Rabitə” 3 xal əldə etməlidi ki, şansları daha çox olsun.

 

Polşadakı ilk turda rəqibinə 3 setdə uduzan Dejan Brdjoviçin yetirmələri həm də debütanta yenilginin revanşını almaq əzmindədi. Bakılılar bunu bacarmaqla, həm də doğma publika önündəki qələbəylə azarkeşlərini sevindirmiş olacaq. Revanşla gələcək sevincin ardından isə digər qruplardan xoş xəbər gözləməyə dyər.

 

Çünki əsasnaməyə görə 5 qrup üçüncüsündən ikisi pley-offda oynamaq hüququ qazanacaq. “Dördlər finalı”nın bu komandalardan birinə verilməsindən sonra isə üçüncü yer sahiblərindən biri də pley-offa çıxacaq. Bir sözlə, qələbə qazansa, “Rabitə” özü kimi 3-cü ueri tutan 4 komandadan ikisini geridə qoymalıdı. Turnir cədvəllərinə baxdıqda isə bunun gerçəkləşməsi mümkün görünür.

 

Əgər “Rabitə” pley-offa yüksəlməsə belə, avrokuboklarda çıxışını davam etdirə bilər. CEV kubokunda qüvvəsini sınamaq üçün bakılılara 1 xal, yəni 2 setdə qalib gəlmək lazımdı. Təmsilçimiz bunu bacarmasa, 3-cü olmaq üçün “Agel”in xal itirməsini gözləməlidi.

 

 

Çempionlar Liqası

A qrupu

28 yanvar

17:00. "Rabitə" (Azərbaycan) – “Ximik” (Polşa)

Hakimlər: Əziz Yener (Türkiyə), Pol Ktalin Sabo-Aleksi (Rumıniya)

Bakı. “Sərhədçi” İdman Olimpiya Mərkəzi”

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

5

3

2

2

1

0

2

0

0

13-7

442-405

11

2.

Dinamo Kazan

5

 3

2

2

0

1

1

1

0

12-8

446-406

9

3.

Rabitə

5

2

3

0

3

1

1

0

2

8-12

422-436

6

4.

Agel

5

2

   3

0

0

2

0

1

2

7-13

397-460

4