09:11 26-01-2015
news_image

“Baku Fires” Karakasdan məğlub qayıdır

Ümumdünya Boks Seriyasının (WSB) II turun matçında Azərbaycanın “Baku Fires” klubu səfərdə Venesuelanın “Caciques Venezuela” komandası ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Karakasda keçirilən görüşdə təmsilçimiz 2:3 hesabı ilə məğlub olub.

 

“Baku Fires”in heyətində superağır çəki dərəcəsində Arslanbek Mahmudov bu dəfə də inamlı qələbə qazanıb. Onun zərbələri qarşısında aciz qalan Venesuela boksçusu 4-cü raunddan sonra döyüşü davam etdirməkdən imtina edib.

 

Döyüşlərin nəticələri:

Caciques Venezuela - Baku Fires – 3:2

52 kq. Bermudez Salas – Elvin Məmişzadə – 3:0 (49:46, 48:47, 49:46)

60 kq. Nestor Armas – Albert Səlimov - 0:3 (44: 50, 45:50, 45:50)

69 kq. Maestre Perez – Yevgeni Romaşkeviç – 3:0 (49:46, 49:46, 49:46)

81 kq. Ramirez Duran – Soltan Migitinov – 2:1 (48:47, 48:47, 46:49)

+91 kq. Munoz Mata – Arslanbek Mahmudov – TKO R-4

 

B qrupunda digər nəticələrə gəlincə, “Argentina Condors” doğma divarlar arasında “Puerto Riko Hurricanes” klubuna 2:3 hesabı ilə uduzub. “USA Knockouts” yerli publika qarşısında “İtalia Thunder” üzərində qələbə qazanıb – 3:2. “Astana Arlans” isə səfərdə “Rafako Hussars Poland” klubunu 3:2 hesabı ilə məğlub edib.

 

Turnir cədvəli:

1. Astana Arlans – 6 xal, döyüşlərin fərqi - 8-2 (2 matç)

2. USA Knockouts – 6, 7-3 (2)

3. Puerto Riko Hurricanes – 6, 6-4 (2)

4. Baku Fires – 4, 6-4 (2)

5. Caciques Venezuela – 3, 3-7 (2)

6. Rafako Hussars Poland – 2, 4-6 (2)

7. İtalia Thunder – 1, 3-7 ( 2)

 

Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü yanvarın 31-də Quba Olimpiya Kompleksində “Astana Arlans” klubuna qarşı keçirəcək.