09:22 26-01-2015
news_image

Abdullayev uduzdu, Sipal Bakıdan Rioya bilet sifariş etdi

Sərhədçi” İdman Olimpiya Mərkəzində “AİBA Pro Boxing” turnirində 69 kq çəki dərəcəsində növbəti döyüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının boksçusu Tamerlan Abdullayev bu dəfə litvalı Eimantas Stanionislə gücünü yoxlayıb.

 

Təəssüf ki, super ağır çəki dərəcəsində millimizin üzvü Məhəmmədrəsul Məcidovun ardınca Abdullayev də məğlubiyyətə üzülüb. Stanionis həmyerlimizə 3:0 hesabı ilə qalib gəlib.

 

69 kq çəkidə Türkiyə boksçusu Onur Sipal isə həlledici görüşdə keniyalı Rayton Okvirini məğlub edərək, Rio Olimpiadasına vəsiqə qazanmaqla yanaşı, AİBA Pro Boxing kəmərinə də sahib olub.