12:14 26-01-2015
news_image
331
STOLÜSTÜ OYUNLAR

Veyk-an-Zeede 8-ci yer

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov mükafatçılar sırasında yer ala bilməyib.

 

Belə ki, sonuncu – XIII turda autsayder Baadur Jobava (Gürcüstan) ilə üz-üzə gələn həmyerlimiz mat olub. Formal oyun Rəcəbovun 8-ci yeri tutması ilə nəticələnib. Teymur xal itirməyəcəyi halda belə irəliləmək şansını itirmişdi.  

 

Turnirin qalibi adını norveçli Maqnus Karlsen qazanıb.

 

Yekun cədvəli: Maqnus Karlsen (Norveç) – 9; Maksim Vaşye-Laqrev (Fransa), Aniş Qiri (Hollandiya), Uesli So (ABŞ), Din Liren (Çin) – 8,5; Vasili İvançuk (Ukrayna) – 7,5; Fabiano Karuana (İtaliya) – 7; Teymur Rəcəbov (Azərbaycan) – 6; Radoslav Vojtaşek (Polşa), Levon Aronyan (Ermənistan) – 5,5; Hou İfan (Çin) – 4,5; İvan Şariç (Xorvatiya) – 4,5; Lyuk Van Veli (Hollandiya) – 4; Baadur Jobava (Gürcüstan) – 3.