09:24 27-01-2015
news_image
446
TOP OYUNLARI

Millimizin oyunçusu A seriyasında qələbə qazana bilmir

Qadın voleybolçular arasında İtaliya A seriyasında XVI turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” “Savino” klubunu qəbul edib.

 

Görüş təmsilçimizin komandası üçün yenə uğursuz alınıb. “Azəryol”un sabiq baş məşqçisi Ancelo Vercesinin “Forli”nin “sükanı” arxasına keçməsinə baxmayaraq, məğlubiyyətdən qaça bilməyib – 1:3 (25:27, 26:24, 11:25, 22:25).

 

XVI oyunda cəmi 4 xal toplayan “Forli” hələ də 11-cidi.

 

Qeyd edək ki, Nazarenko meydana çıxsa da, xal yığa bilməyib.