09:44 27-01-2015
news_image

Dünya Kubokunda 2 medal

Almatı şəhərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda keçirilən sambo üzrə Dünya Kubokunun mərhələ yarışı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışda 1 gümüş və 1 bürünc medalın sahibi olublar.

 

Komandamızın heyətində Fəridə Qurbanova (64 kq) ikinci, Nəzakət Xəlilova (52 kq) üçüncü yeri tutub.