11:50 27-01-2015
news_image
444
TOP OYUNLARI

Azərbaycanlı hakim Çempionlar Liqasında

Azərbaycanlı beynəlxalq dərəcəli referi Eldar Əliyev yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasının VI turu çərçivəsində baş tutacaq “Lokomotiv” (Rusiya) – “Marek Union İvkoni” (Bolqarıstan) matçında həmyerlimizə güvənib.


Əliyev bu gün Novosibirskdə kişi komandaları arasında keçiriləcək qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirəcək. Ona finlandiyalı Kari Partiaynen köməklik edəcək.

 

Qeyd edək ki, “Lokomotiv” birinci yerin sahibi kimi pley-offa yüksəldiyi halda, qonaq komandanın sonuncu olacağı da dəqiqləşib.