12:38 27-01-2015
news_image
2907
TOP OYUNLARI

“Azəryol” üçün formal, “Rabitə” üçün həlledici tur

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq VI turun oyunları Azərbaycan klublarından “Rabitə” üçün xüsusi əhəmiyyət daşıyır.

 

Belə ki, pley-off mərhələsinə yüksələn 8 komandanın adı dəqiqləşdiyindən yalnız 4 vəsiqənin taleyi qaranlıq qalıb. Bu vəsiqələrdən ikisi ilk 2 yerin sahibi kimi birbaşa mərhələ adlayanların, digər ikisi ən yaxşı 3-cü pilləni tutacaq komandanın payına düşəcək. Əgər bu 12 komandadan biri “Dördlər finalı”na ev sahibliyi edərsə, 3-cü yerin sahibi kimi pley-offa çıxacaq klubların sayı 3-ə qalxacaq.

 

Çempionlar Liqasının iştirak etdiyi mövsümlərində həmişə pley-offa çıxan “Rabitə” bu ənənəni davam etdirmək üçün evdə qrup mərhələsini qələbə ilə başa vurmalıdı. A qrupunun lideri olan Polşa “Ximik”ni qəbul edəcək paytaxt təmsilçisi ilk iki pillədən birini tutmaq və bununla da pley-offa yüksəlmək şanslarını itirib. Amma Azərbaycan çempionu ən yaxşı qrup üçüncülərindən biri kimi mübarizəni davam etdirə bilər. Azərbaycan çempionu hətta 2 xal əldə etsə də, buna nail olmaq imkanını itirməyəcək. Lakin digər görüşlərin gec başladığını nəzərə alsaq, “Rabitə” 3 xal əldə etməlidi ki, şansları daha çox olsun.

 

Polşadakı ilk turda rəqibinə 3 setdə uduzan Dejan Brdjoviçin yetirmələri həm də debütanta yenilginin revanşını almaq əzmindədi. Bakılılar bunu bacarmaqla, həm də doğma publika önündəki qələbəylə azarkeşlərini sevindirmiş olacaq. Revanşla gələcək sevincin ardından isə digər qruplardan xoş xəbər gözləməyə dəyər.

 

Əgər “Rabitə” pley-offa yüksəlməsə belə, avrokuboklarda çıxışını davam etdirə bilər. CEV kubokunda qüvvəsini sınamaq üçün bakılılara 1 xal, yəni 2 setdə qalib gəlmək lazımdı. Təmsilçimiz bunu bacarmasa, 3-cü olmaq üçün Çexiya “Agel”inin Kazan “Dinamo”su ilə duelində xal itirməsini gözləməlidi. 2 oyunun nəticəsi qrupda lideri də müəyyənləşdirəcəyindən oyunların gərgin keçəcəyi sözsüzdü.

 

“Rabitə”dən fərqli, artıq qrup ikincisi kimi mərhələ adlayan “Azəryol”un “Nant”la görüşü böyük əhəmiyyət kəsb etmir. Hazırda yaxşı formada olan Bakı təmsilçisinin səfərdən uğurla dönəcəyinə ümid bağlamaq mümkündü.

 

Düzdü, bu görüş “Azəryol” üçün formal xarakter daşısa da, rəqibimiz üçün həlledicidi. Onlar qalib gəlməklə, “Fənərbaxça” (Türkiyə) – “Ştiinta” (Rumıniya) qarşılaşmasının nəticəsindən asılı olmayaraq, mübarizəni CEV kubokunda davam etdirmək şansı qazanacaqlar.

 

“Nant” uduzduğu halda da, bu istəyini reallaşdıra bilər. Bunun üçün Çempionlar Liqasının 2014/2015 mövsümünün qrup mərhələsində məğlub olmayan “Fənərbaxça” uğurlu seriyanı davam etdirməlidi. Hər halda, “Nant” qalib gəlməklə, pley-offa nəzəri şanslarını saxlamış olacaq.

 

Qeyd edək ki, bu mövsüm avrokuboklara 4 komanda ilə qatılan Azərbaycan artıq 2 itki ilə üzləşib. “Lokomotiv” CEV kuboku, “Azərreyl” “Çelenc Cup”la vidalaşıb.

 

Çempionlar Liqası

A qrupu

28 yanvar

17:00. "Rabitə" (Azərbaycan) – “Ximik” (Polşa)

Hakimlər: Əziz Yener (Türkiyə), Pol Ktalin Sabo-Aleksi (Rumıniya)

Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

5

3

2

2

1

0

2

0

0

13-7

442-405

11

2.

Dinamo Kazan

5

3

2

2

0

1

1

1

0

12-8

446-406

9

3.

Rabitə

5

2

3

0

3

1

1

0

2

8-12

422-436

6

4.

Agel

5

2

3

0

0

2

0

1

2

7-13

397-460

4

 

B qrupu

23:00. “Nant” (Fransa) – “Azəryol” (Azərbaycan)

Hakimlər: Sabina Vitt (Almaniya), Sandro La Miçel (İtaliya)

Nant, Mangin Beaulieu

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Fənərbaxça

5

5

0

4

1

0

0

0

0

15-1

395-283

15

2.

Azəryol

5

3

2

2

0

1

0

1

1

10-8

399-383

8

3.

Nant

5

1

4

1

1

0

1

0

2

6-12

348-400

4

4.

Ştiinta

5

1

4

0

1

0

0

0

4

3-13

306-382

3