19:13 28-01-2015
news_image
4332
TOP OYUNLARI

"Rabitə" tay-brekdə uduzdu - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin VI turunun matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq sonuncu oyun günündə Azərbaycan çempionu “Rabitə” Polşa "Ximik"ini qəbul edib.  

 

Görüş Dejan Brdjoviçin yetirmələri üçün xüsusi əhəmiyyət daşısa da, voleybolçularımız onlara bəslənilən ümidləri doğrultmayıblar. Bu qarşılaşmayadək pley-offa birbaşa vəsiqə verən ilk 2 pillədən birini tutmaq şansını itirən Bakı təmsilçisi Polşa çempionuna uduzaraq, Çempionlar Liqasında mübarizəni davam etdirmək iddiasını çətinə salıb. Daha doğrusu, 2:3 hesablı məğlubiyyət “Rabitə”nin ən yaxşı “üçüncülər” sırasında yer almasına böyük ölçüdə imkan verməyəcək.

 

 “Ximik” komandamızla oyuna kimi pley-offa vəsiqəni təmin etsə də, Bakıdakı qələbə sayəsində qrup liderliyini qoruyub. Belə ki, “Rabitə”nin ilk setdə məğlubiyyətdən sonra oyununu tapmasına baxmayaraq, bunu davam etdirə bilməyib. Üçüncü hissəni aktivinə yazan rəqib birinci yer üçün lazım olan 1 xalı qazanıb. Ardınca təşəbbüsü yenidən ələ keçirən Azərbaycan çempionu status-kvonu bərpa edib. Lakin tay-brekdə lazımsız səhvlər rəqibin qalib gəlməsi ilə nəticələnib.

 

“Rabitə” 2:3 hesabı ilə uduzsa da, avrokubokda iştirakını davam etdirəcək. Lakin CEV kubokunun “Çelenc raund”unda oynamaq hüququ qazanan paytaxt təmsilçisinin Çempionlar Liqasında yoluna davam edib və ya etməyəcəyi bu gün başa çatacaq bütün oyunlardan sonra dəqiqləşəcək.

 

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn 8 komandanın adı dəqiqləşdiyindən VI turda 4 vəsiqənin taleyinə aydınlıq gəlməlidi. Bu vəsiqələrdən ikisi ilk 2 yerin sahibi kimi birbaşa mərhələ adlayanların, digər ikisi ən yaxşı 3-cü pilləni tutacaq komandanın payına düşəcək. Əgər bu 12 komandadan biri “Dördlər finalı”na ev sahibliyi edərsə, 3-cü yerin sahibi kimi pley-offa çıxacaq klubların sayı 3-ə qalxacaq.

 

Çempionlar Liqası

A qrupu

28 yanvar

"Rabitə" (Azərbaycan) – “Ximik” (Polşa) - 2:3 (25:27; 25:18; 16:25; 25:16; 10:15)

Hakimlər: Əziz Yener (Türkiyə), Pol Ktalin Sabo-Aleksi (Rumıniya)

Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

6

4

2

2

1

1

2

0

0

16-9

543-506

13

2.

Dinamo Kazan

5

3

2

2

0

1

1

1

0

12-8

446-406

9

3.

Rabitə

6

2

4

0

1

1

2

0

2

10-15

523-537

7

4.

Agel

5

2

3

0

0

2

0

1

2

7-13

397-460

4