09:00 29-01-2015
news_image
432
TOP OYUNLARI

“Rabitə”nin Çempionlar Liqası ilə vidalaşdığı görüşün qəhrəmanı bilindi

Qadın voleybolçular arasında Çempionlar Liqasının VI turu çərçivəsində keçirilən “Rabitə” (Azərbaycan) – “Ximik” (Polşa) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 2:3 hesabı ilə uduzduğu qarşılaşmanın ən dəyərli oyunçusu Katarjina Skovronska olub.

 

Polşalı voleybolçu həmçinin, 29 xal toplamaqla matçın bombardiri adına da yiyələnib. Bu xallardan 21-ni hücumda, 6-nı servisdə toplayan Skovronska bu nominasiyalarda da birincilik əldə edib. 

 

Dejan Brdjoviçin digər yerimələrindən Foluke Akinradevo 16, Tori Dikson 12, Yoana Palasio Mendoza 8, Auera Kruz 7, Dora Horvat 5, Françeska Ferretti 3, Salas Vilma Rosell 1 xal toplayıb.

 

Rəqibin heyətində Ana Byeliça yenə ən fəalları olub. O, “Rabitə”dən 22 xal almağı bacarıb. 

 

Qeyd edək ki, “Ximik”ə məğlubiyyət “Rabitə”nin Çempionlar Liqası ilə vidalaşmasına səbəb olub.