09:11 29-01-2015
news_image
351
TOP OYUNLARI

“Azəryol”da ən yaxşılar - FOTO

Qadın voleybolçular arasında Çempionlar Liqasının VI turu çərçivəsində keçirilən “Nant” (Fransa) - “Azəryol” (Azərbaycan) oyununun ən yaxşılarının adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən dəyərli voleybolçusu Yelena Nikoliç olub.

 

Bakı klubunda ikinci cavanlığını yaşayan serbiyalı ulduz 16 xala sevinib. Onun həmyerlisi Yovana Brakoçeviç 14, yığmamızın üzvlərindən Kseniya Kovalenko ilə Odina Əliyeva hərəyə 12, Oksana Kurt 1 və bolqarıstanlı Straşmira Filipova 8 dəqiq zərbə vurub. 

 

Rəqibin heyətində isə Ariel Turner məhsuldarlıq nümayiş etdirib. O, 10 xal qazanıb.